02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarı dənizdə reaktiv mərmilər uçuşub - İki dövlət arasında insident

24.10.2022

Şimali və Cənubi Koreya bir-birinə xəbərdarlıq atəşi açıblar.

Şimali Koreya Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəşi sistemindən 10 mərmi buraxıb.

Bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb.

"Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəşi sistemlərindən 10 atəş əmri verib”, - deyə məlumatda qeyd edilib.

Bundan əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikasına məxsus gəmi Sarı dənizdə iki ölkə arasında sərhəd xəttini keçib. Bundan sonra Cənubi Koreya hərbçiləri bir neçə dəfə xəbərdarlıq atəşi açıblar. Koreya Respublikası SQ qərargah rəislərinin birgə komitəsinin məlumatına görə, hadisə Cənubi Koreyanın Pennendo adası yaxınlığında baş verib.

Mənbə: TASS