02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri qanvermə aksiyası keçirəcəklər

24.10.2022

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağını vurğulamaq məqsədilə "Qanımız Bir, Canımız Bir” şüarı ilə Mərkəzi Qan Bankında Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri tərəfindən qanvermə aksiyasının keçirilməsi planlaşdırılır.

"DM" xəbər verir ki, aksiya Türkiyə təşkilat nümayəndələri və işçiləri, müşavirlər, iş adamları və universitet tələbələrinin iştirakı ilə 25 oktyabr saat 10:00-da baş tutacaq.

Məlumata görə, aksiyada Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və deputat Məlahət İbrahimqızı da iştirak edəcəklər.