02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda həbs edilən azərbaycanlı fəala amansız işgəncələr verilib - FOTO

24.10.2022

İranın Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan və bir həftə öncə etirazlarda saxlanılan Rza Etibarirad ETTELAAT idarəsinin təcridxanasında vəhşicəsinə döyülüb.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib.

O, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Gəncin qolu sındırılıb və 700 milyon tümənlik girov sənədi qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

Oktyabrın 20-də İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda etiraz aksiyalarında tutulanlara müxtəlif işgəncələr verildiyini bildirib. Təşkilatın sədri Mahmud Əmiri Müqəddəm İranın hökumət qüvvələri tərəfindən tutulan və barələrində məlumat verilməyən şəxslərə işgəncə verilməsindən, bəzilərinin isə işgəncə nəticəsində öldürülməsindən narahatlıq keçirdiklərini qeyd edib. O, beynəlxalq insan haqları təşkilatları və dünya birliyinə müraciət edib. M.Əmiri müraciətində həbsdə olan etirazçıların taleyinin müəyyənləşməsi və azadlığa buraxılmaları üçün Tehran hökumətinə təzyiq göstərilməsinə çağırıb.