02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT-in müşahidəçiləri Zəngəzurda olub

24.10.2022

Ötən gün ATƏT-in ehtiyacların qiymətləndirilməsi qrupu Zəngəzur vilayət administrasiyasının nümayəndələri ilə görüşüb.

"DM" xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ATƏT nümayəndələri vəziyyətlə tanış olmaq üçün sərhədyanı icmalara baş çəkiblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təşkilata sədrlik edən Polşanın nümayəndəsi, polkovnik Robert Arkadiuş Tkaçikin rəhbərlik etdiyi ATƏT missiyası ilə görüşüb. Missiyanın göndərilməsi barədə qərar təşkilatın Nazirlər Şurasının bütün ölkələrin razılığı ilə qəbul edilmiş qərarları əsasında ATƏT-ə sədrlik edən ölkə tərəfindən qəbul edilib.

ATƏT missiyası oktyabrın 21-də gəlib və 27-nə qədər Ermənistanda olacaq.