Azərbaycan səfirliklərində milli mətbəx təbliğ ediləcək  
    
                          
     
                         24.10.2022
 
    
                        Azərbaycanın bütün səfirliklərində mətbəxlər açılacaq.
"DM” xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov Milli Kulinariya Konqresində çıxışında deyib.
O bildirib ki, Azərbaycanın bütün səfirliklərində mətbəxlər açılacaq:
"Milli mətbəxin təşviqi və təbliği üçün mərkəz açılacaq. Milli mətbəxin necə vacib olduğunu vurğulamaq istəyirəm. Azərbaycan və Türkiyənin ortaq mətbəxinin olması vacibdir. Azərbaycanda türk qidalarının qastronomik mövcudluğunu hiss edirsiniz. Amma bizim Türkiyədə dadımız varmı? Yoxdur. Bu, bizim prioritetimizdir”.