02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNDP ofisinin azərbaycanlı əməkdaşları Şuşaya səfər ediblər

24.10.2022

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Bakı ofisinin azərbaycanlı əməkdaşları Şuşada olublar.

"DM" xəbər verir ki, səfər oktyabrın 23-ü bu qurumun azərbaycanlı əməkdaşlarının təşəbbüsü ilə təşkil olunub və fərdi xarakter daşıyıb. Təşkilatın əməkdaşları bərpa işlərinin gedişi, görməli yerlər və memarlıq abidələri ilə tanış olub, həmçinin Cıdır düzündə gəzintiyə çıxıblar.

İşğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan şəhəri minlərlə qonaq ziyarət edib. Onların arasında çoxsaylı rəsmi şəxslər və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan vətəndaşları, o cümlədən Şuşa şəhərinə turizm məqsədilə səfər edənlər də var.

Getdikcə daha çox Azərbaycan vətəndaşı ölkənin işğaldan azad edilmiş ərazilərinə səfər etmək imkanı əldə edir. Məlum olduğu kimi, turizm işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı üçün prioritet sahələrdən biri kimi seçilib. Bu səbəbdən ərazilərə ziyarətçi axınının durmadan artacağı gözlənilir.