02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Hüseynli: “Siyasi partiyalarla bağlı qanuna dəyişiklik, konstitusiyamızın tələbindən irəli gəlirdi”

24.10.2022

"Siyasi partiyalarla əlaqəli belə dinləmələrin keçirilməsini yüksək qiymətləndiririk. Gec də olsa siyasi partiyalarla bağlı yeni qanunvericiliyin hazırlanması konstitusiyamızın tələbindən irəli gəlirdi”.

"DM” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Siyasi partiyalar” haqqında qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bir çox Avropa və qonşu ölkələrdə siyasi partiyalarla bağlı qanunvericilikdə dəyişiklik edilib və bu kimi dəyişikliklərində Azərbaycanda olması qaçılmaz idi:

"30 il ərzində ölkəmizin müstəqilliyi möhkəmlənmiş, ərazi bütövlüyümüz təmin olunub. Bundan başqa, Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə birliyi nümayiş etdirməsi bir daha bu sahədəki qanunvericiliyə baxmağa bizi sövq edirdi”.