Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var  
    
                          
     
                         24.10.2022
 
    
                        Qaradağ rayonunda avtomobil aşıb.
"DM" xəbər verir ki, Sahil qəsəbəsi ərazisində 2000-ci il təvəllüdlü Orxan Həsənov idarə etdiyi "Mercedes-Benz” markalı avtomobili dəmir çəpərə vuraraq aşırıb.
Nəticədə Orxan Həsənov və sərnişini, 1988-ci il təvəllüdlü Fəxrəddin İbrahimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Sürücü həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.