İlham Əliyev fərman imzalayıb 
    
                          
     
                         21.10.2022
 
    
                        Prezident İlham Əliyev İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnamə fondu 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.