Ermənistan Təbrizdə Baş konsulluq açmaq istəyir 
    
                          
     
                         21.10.2022
 
    
                        Ermənistan Təbrizdə Baş konsulluq açmaq istədiyini açıqlayıb.
"DM" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdə deyib.
Simonyan daha sonra iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafını alqışlayıb. O bildirib ki, İran İslam Respublikası ilə əlaqələrin inkişafı üçün heç bir məhdudiyyət yoxdur.
O, həmçinin Qafanda İran Baş konsulluğunun yaradılmasını iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə Baş konsulluq yaratmağa hazır olduğunu bəyan edib.