09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda əməliyyat: Həbslər var

14.10.2018

Bakının Sabunçu rayonunda avtomobil oğurlanıb.
"Dövran Media" xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin VAZ-2107 markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.
Bundan başqa, sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin "Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.