29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır

21.10.2022

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"DM" xəbər verir ki, Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Azərbaycan Prezidenti Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Bundan əvvəl İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılmışdı.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin İdarənin fəaliyyətinə nəzarəti həyata keçirməsi səlahiyyəti də ləğv olunub.