29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında yolun açılması mühüm addımdır

21.10.2022

Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri Prezident İlham Əliyevlə müzakirə etdik.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

"Cənubi Qafqaza yönəlik ortaq baxışımızın sülh, sabitlik və inkişaf təməlində inşa edildiyini bir daha təsdiqlədik. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında əlaqə yolunun açılması və sülh müqaviləsinin imzalanması bölgənin normallaşması üçün mühüm addımları təşkil edəcək”, - Ərdoğan qeyd edib.