29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə keçirilən taktiki təlim başa çatıb-FOTO

21.10.2022

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.