29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputat: “Ərdoğan Türkiyənin iradəsini bir daha bəyan etdi”

21.10.2022

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısı İlham Əliyevlə dünən Zəngilanda hava limanın açılışında iştirakı əhəmiyyətli hadisə idi".

"DM" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı bildirib ki, tədbir zamanı Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi, ATƏT-in, AŞ-nın mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı, xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı: "Bu onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir. Onun Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı”.