29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəkidə toyda kütləvi zəhərlənmə

21.10.2022

Şəki şəhərində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"DM" xəbər verir ki, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.