29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzaya düşən Binəli Yıldırım və digər rəsmilərin son durumu AÇIQLANIB

21.10.2022

Azərbaycanda səfərdə olarkən Cəbrayılda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar mütəmadi həkim nəzarəti altındadırlar.

Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə buraxılacaqları gözlənilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfəri zamanı müşayiət edən siyasətçilərin avtomobili Zəngilan Hava Limanına gedən yolda qəzaya uğrayıb. Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım yoxlanış məqsədilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.