06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban Qurbanov: Oyunun vacibliyini dərk edirik

13.10.2018

Futbol üzrə Azərbaycan Milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının IV turu çərçivəsində oktyabrın 14-də baş tutacaq Malta ilə oyundan öncə mətbuat konfransı keçirib. 
"Dövran Media" xəbər verir ki, mütəxəssislə yanaşı yığmanın müdafiəçisi Maksim Medvedev də konfransda iştirak edib.
Qurbnov görüşün vacibliyini dərk etdiklərini bildirib: 
"Rəqib fərqli dəst-xətt nümayiş etdirir. İnanıram ki, uşaqlar sabah ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar və bunu bacaracaqlar. Yaxşı nəticə qazanmaq üçün yaxşı futbol oynamalısan”.
Baş məşqçi sabahkı matçda meydana çıxacaq heyət haqqında da danışıb:  
"Yəqin ki, heyətdə dəyişklik olmayacaq. Açığı, əsas məşqimiz sabah olacaq. Dünən və bu gün futbolçuların yorğunluğunu nəzərə almışdıq. Sabah səhər məşqindən sonra heyəti müəyyənləşdirəcəyik”.
Taktikaya gəlincə isə, Qurbanov bunları söyləyib:
"Maltanın yaxşı əks-hücumları var. Onlar bizim qapıya yeganə qolun müəllifləridirlər. Əlbəttə, qol buraxmamaq üçün çox diqqətli olmalıyıq”.