28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadakı döyüşlərdə 20 azərbaycanlı həlak olub - VİDEO

20.10.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Belarus və Krım da daxil olmaqla, müxtəlif nöqtələrdən İran dronları və raketlərlə Ukraynanın istənilən nöqtəsini hədəf alır. Ölkədə hətta yolda gedən maşınlar belə hədəfdir.

Məlumata görə, ötən gecə Kiyev, Çerniqov, Donetsk, o cümlədən cənub cəbhəsində 25 kamikadze dronu məhv edilib.

O da qeyd edilib ki, Ukrayna Ordusu Xersonda irəliləyərək, şəhərin yaxınlığına çatıb.

"Rusiya hərbi hissələri Dnepr çayının sol sahilinə keçməyə məcbur edilib. Ərazidə intensiv döyüşlər gedir”, - deyə jurnalist əlavə edib.

O da bildirilib ki, Ukrayna uğrunda gedən döyüşlərdə indiyə qədər 20 azərbaycanlı həlak olub.