28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Qarabağın bərpasına Polşa şirkətlərini cəlb etməkdə maraqlıdır - FOTO

20.10.2022

"İşğaldan azad edilmiş ərazilərin bərpasına Polşa şirkətlərinin cəlb edilməsi Azərbaycan üçün mühüm istiqamətdir”.

"DM” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO​) rəhbəri Yusif Abdullayev bu gün Bakıda keçirilən Polşa-Azərbaycan biznes forumunda deyib.



"İnvestisiyalar baxımından Polşa şirkətlərini Azərbaycanda görmək bizim üçün zəruridir. Həmçinin, Polşa şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb etmək də bizim üçün mühüm əhəmiyyət kəsb edir”, - o bildirib.

AZPROMO rəhbəri ölkələr arasında əlaqələrin fəal inkişaf etdiyini, ticarət dövriyyəsinin, o cümlədən Azərbaycandan Polşaya ixracın artdığını vurğulayıb.

Y.Abdullayev Azərbaycanda Polşa Ticarət Evinin və Polşada isə Azərbaycanın Ticarət Nümayəndəliyinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.