27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TDT Baş katibi: Zəngilan aeroportunun açılışının tarixi əhəmiyyəti var

20.10.2022

"Bizim bu görüşlərin məqsədi birlikdə qərarlar verməyimizdir, birlik göstərməyimizdir”.

"DM" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü zamanı bildirib.

O deyib ki, Şuşa İslam şəhərlərindən biridir: "Dünyada qarışıqlıq proseslər baş verən halda bizim birliyimiz və bu istiqamətdə davam etməyimiz xüsusi olaraq əhəmiyyətlidir. Bu gün Zəngilanda hava limanını açılışının da tarixi əhəmiyyəti var. Bu həm də türk dövlətlərinin bir-birinə yaxınlaşmasına səbəb olacaq. Bu gün eyni zamanda, türk dövlətlərinin dini liderlərinin toplantısındayıq. Bu da türk dünyası üçün böyük hadisədir. Artıq türk dünyası bir-birinə daha da yaxınlaşmaqdadır”.