28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada tikilən binalara sakinlər gələn ilin birinci yarısı köçürüləcək

20.10.2022

2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

"DM"-nın əldə etdiyi məlumata görə, Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.

Şuşada məktəbin tikintisinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: "Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il təhvil veriləcək”.

O da qeyd olunub ki, Şuşada ilin 6 ayı demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.