Kanada İrana sanksiya tətbiq edib 
    
                          
     
                         20.10.2022
 
    
                        Kanada İranda ciddi insan haqları pozuntularında iştirak edən və ya buna yol verən 6 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq edib.
"DM" xəbər verir ki, bu barədə Kanada XİN məlumat yayıb.
"Kanada İran rejiminin insan haqları pozuntularına və regional sülh və təhlükəsizliyə təhdidlərə cavab vermək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək”, - məlumatda qeyd edilib.