08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parisdə səfirliyimizə hücum edən radikal həbs edilib

20.10.2022

Azərbaycanın Parisdəki səfirliyinə hücum edən şəxs Fransa paytaxtında həbs olunub.

"DM" xəbər verir ki, bu barədə fransız tarixçisi Maksim Qauin sosial şəbəkə hesabında qeyd edib.

Qauin bildirib ki, Daşnaksütyun Erməni İnqilabi Federasiyasının Fransadakı gənclər təşkilatının keçmiş sədri Loris Tufanyan bu gün səhər saatlarında həbs edilib:

"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki Mədəniyyət Mərkəzinə qarşı fırtınalı aksiya ilə bağlıdır”.

Xatırladaq ki, ötən ay erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzinə basqın etməyə cəhd edib: radikallar binaya boya atıblar, polisin müdaxiləsindən sonra onlar hadisə yerindən uzaqlaşdırılıb.