01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TDT müsəlman dini liderlərinin azad olunmuş ərazilərə səfəri başlayıb

20.10.2022

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

"DM"-nın verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər.