06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda cibgir TUTULDU

13.10.2018

Bakıda sərnişin avtobusunda cibgirlik edən şəxs saxlanılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov tutulub. 
Araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, E.Hüseynov metro stansiyalarında cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.