30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağstafada Zəfər Forumu keçirilir - FOTO

19.10.2022

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa rayonunda Zəfər Forumu keçirilir.

"Report”un Qərb bürosunun məlumatına görə, forumda PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, PA-nın məsul əməkdaşı Əli Pənahov, Müdafiə Nazirliyinin nümayəndələri və Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan idarə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Forum Aqrar Sənaye Kompleksinin tədbir zalında keçirilir.

Qeyd edək ki, Zəfər Forumu bundan əvvəl oktyabrın 18-də Gəncə şəhərində keçirilib.
Növbəti forumlar isə Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.