25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranın hərbi təlimləri zamanı qəza baş verib: ölənlər var

19.10.2022

İranın Azərbaycanla sərhəddə hərbi təlimləri zamanı qəza baş verib.

"DM"Azad İran"a istinadla xəbər verir ki, Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildiriblər.

Onların sözlərinə görə, İran İnqilabının Keşikçiləri Korpusunun hərbi texnikası bir neçə qəzanın yaranmasına səbəb olub.

Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Nəticədə yük maşını əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.