29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanıstan və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edəcək

19.10.2022

Yunanıstan artıq uzun illərdir ki, Azərbaycanın enerji tərəfdaşıdır. TAP və İGB layihələri böyük uğurdur. Biz birlikdə böyük uğurlar əldə edirik.

"DM" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperikos Azərbaycan Dillər Universitetində Yunan mədəniyyəti və tədqiqatı mərkəzinin açılışında söyləyib. Səfir Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Azərbaycanda səfər proqramı barədə də danışıb.

"Onu deyə bilərəm ki, bu çox uğurlu və maraqlı bir səfərdir. Energetika naziri Azərbaycanlı həmkarı ilə görüş keçirib və onlar bir çox məsələləri müzakirə ediblər. Onlar Aİ, Azərbaycan və Yunanıstan arasında enerji tərəfdaşlığı haqda danışıblar. Energetika nazirinin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ve SOCAR prezidenti cənab Nəcəflə görüşü olacaq”.

Nikos Piperikos tərəflərin iqtisadiyyat və enerji sahələrinə aid məsələləri müzakirə edəcəyini əlavə edib.