29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran raket və dronları bu ərazilərə daşıyır - VİDEO

19.10.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Ukrayna Rusiya Silahlı Qüvvələri tərəfindən ölkə boyu hava hücumuna məruz qalıb.

Məlumata görə, ballistik raketlər və kamikadze dronları İran tərəfindən Krım və Belarus ərazisinə daşınaraq oradan da tədarük olunur. Ehtimal olunur ki, qarşıdakı günlərdə hücum daha da genişmiqyaslı xarakter alacaq.

O da qeyd edilib ki, Donbasda hərbi gərginliklə yanaşı, humanitar böhran da müşahidə olunur.

"Dünən Dneprdə elektrik stansiyasının yaxınlığı raket atəşinə tutulub. Son günlər əsas hədəf istilik təchizatı sistemləri, elektrik stansiyaları və zavodlardır”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik: