28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fövqəladə Hallar Nazirliyi Şuşada təcrübə-sınaq laboratoriyası yaradıb

19.10.2022

Şuşa şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun təcrübə-sınaq laboratoriyası yaradılıb.

"DM” xəbər verir ki, bu barədə Agentliyin rəis müavini Elxan Əsədov Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - "Rebuild Karabakh” sərgisində məlumat verib.

"FHN-in müvafiq qurumları işğaldan azad olunmuş ərazilərdə zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görüb. İnşaat sahəsinə yardım və nəzarət edilməsi məqsədilə Qarabağ Regional Tikinti Müfəttişliyinin material-texniki bazası və kadr potensialı gücləndirilib. Hazırda ərazidəki tikinti işlərinə dövlət nəzarəti həyata keçirilir. İnşaat Materialları Elmi-tədqiqat İnstitutunun təcrübə sınaq laboratoriyası vasitəsilə isə ərazidəki köhnə tikililər müayinə olunur, eləcə də yeni tikinti meydançalarında sınaq işləri aparılır, təcrübələrin nəticələri inşaatçılara çatdırılır”, - deyə o qeyd edib.

İnstitutun bugünkü sərgidə öz stendi ilə çıxış etdiyini deyən E.Əsədov əlavə edib ki, belə sərgilərin nəticəsi müsbət olur:

"Çünki burada məlumatların operativ şəkildə çatdırılması və işgüzar əlaqələrin qurulması üçün daha əlverişli şərait yaradılır”.