29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT -də İran PUA-larının Rusiyaya çatdırılması məsələsi qaldırılacaq

19.10.2022

ABŞ, Böyük Britaniya və Fransa Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bugünkü qapalı iclasında İranın Rusiyaya silah tədarükü məsələsini qaldıracaq.

Bu addım Ukraynanın Rusiyanı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqda ittiham etməsindən sonra atılıb. Belə ki, qətnamədə Rusiyanın İrandan silah tədarükünə embarqo qoyulduğu bildirilir.

Diplomatlar bildiriblər ki, hər üç ölkə İranın pilotsuz təyyarələrinin idxalının BMT Təhlükəsizlik Şurasının 231-ci qətnaməsinin pozulması olaraq dəyərləndirir. Qərb ölkələrinin nümayəndələri BMT nümayəndəsindən bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verməsini xahiş edəcəklər.

Bundan əlavə, Ukrayna BMT ekspertlərini İran mənşəli olduğu ehtimal edilən pilotsuz təyyarələri yoxlamadan keçirmək üçün dəvət edib. Bu pilotsuz təyyarələr Rusiya tərəfindən Ukrayna hədəflərinə hücum etmək üçün istifadə edilir ki, bu da qətnamənin pozulmasıdır.

"Biz BMT ekspertlərini ələ keçirilən İran mənşəli PUA-ları yoxlamaq üçün mümkün qədər tez bir zamanda Ukraynaya dəvət etmək istərdik”, - deyə Ukraynanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib.

Mənbə: UNİAN