29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağar: Ermənistan sərhəddə təxribat törədəcək

19.10.2022

Ermənistan hazırda özünə yol axtarır və Azərbaycana qarşı bir təsir, təzyiq imkanı əldə etmək istəyir. Ermənistan sərhəddəki təxribatlarla bəslənir.

Bu sözləri Ermənistanın Daşkəsən istiqamətindəki təxribatları və sərhədə yenidən qüvvə cəmləşdirilməsi haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ekspertin sözlərinə görə, Paşinyan hökuməti təxribatlardan daxili və xarici siyasət üçün istifadə edir, təxribatlara göz yuman Paris və Vaşinqton isə Azərbaycandan müəyyən güzəştlər əldə etmək istəyir:

"Bununla Azərbaycanı nəzarətdə saxlamaq və təsir altına salmaq istəyirlər. Bu dünya - qurdların dünyasıdır. Baxın, Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana gedib, oradan 250 milyon dollarlıq silah alınıb. Bu pul hardandır? Alınan silahlar kimə qarşı istifadə olunacaq? Hazırki beynəlxalq münasibətlərin xüsusiyyəti belədir. Ona görə, o qədər də təəccüblənmirəm.

Hesab edirəm ki, yekun sülh müqaviləsi imzalananadək Ermənistan yenə təxribatlar törədəcək”