29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qafqaz Qartalı 2022” hərbi təlimləri davam edir-VİDEO

19.10.2022

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının "Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir.

"DM" Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların Vaziani təlim bazasında keçirilən nümunəvi təlimlərini Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib. Qeyd olunub ki, xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər AN-2 tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər.

Məlumatda vurğulanıb ki, "Qafqaz Qartalı 2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir.

Vurğulanıb ki, "Qafqaz Qartalı 2022” təlimlərində iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər, məskun ərazilərdə döyüş əməliyyatları ilə bağlı təcrübə paylaşımı edəcəklər.