29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ali təhsil haqqında” qanun layihəsi MM-də müzakirəyə çıxarılacaq

19.10.2022

"Ali təhsil haqqında” qanun layihəsi Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri ilə müzakirə olunub”.

"DM" xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, İşçi qrupun 8 iclası keçirilib: "İşçi Qrupun son iclasında artıq qanun layihəsinə komitədə baxılmasına razılıq verilib. Komitədə bu gün müzakirələri Elm və Təhsil Nazirliyi ilə birlikdə davam etdirəcəyik. İşçi qaydada bütün məsələlər öz həllini tapır”.