28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəxtiyar Əliyev: "Bəzi müəllimlər seçdikləri vakansiyadan imtina edirlər"

19.10.2022

"Müəllim vakansiya seçim edəndə Ağdamda yaşasa da, Oğuzdakı məktəbdəki boş yeri seçir. Lakin işə qəbul olduqdan sonra yolun uzaqlığını və ya başqa bəhanələri gətirərək qərardan imtina edir".

"DM” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

"Bu da həm məktəbə ziyandır, həm də Oğuzdakı işləmək istəyən digər müəllimlərin haqqına girmiş olur. Bu sahədə çoxlu maarifləndirici işlər aparılmalıdır. Dövlət qulluğuna sənəd verənlərdə də eyni hal təkrarlanır”, - deputat bildirib.