29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsmanların Bakı Beynəlxalq Konfransı keçirilir

19.10.2022

Bakıda "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfrans öz işinə başlayıb.

"DM" xəbər verir ki, beynəlxalq konfransın məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq, habelə bu sahədə müsbət təcrübələri bölüşməkdir.

Qeyd edək ki, konfransa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan nümayəndələr iştirak edirlər.