03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qayda pozan şagirdlərin hansı formada cəzalandırılacağı açıqlanıb

18.10.2022

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.

"DM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

O bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiü ediləcək. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq