02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna İranı rəsmən terrorçu dövlət kimi tanımağa hazırlaşır

18.10.2022

Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

"DM" TASS-a istinadən xəbər verir ki, bunu parlamentin deputatı Aleksey Qonçarenko "Telegram” kanalında yazıb.

Həmçinin qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması da yer alır.

Deputat tez bir zamanda parlamentdə layihənin müzakirə olunacağına ümid etdiyini bildirib: "Sözügedən sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”.