02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsveçdə 26 yaşlı azərbaycanlı nazir olub

18.10.2022

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

"DM" Report-a istinadən xəbər verir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir.

1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib.

R.Purmuxtari üç ildir İsveç Liberallar Partiyasında fəaliyyət göstərirdi və bu müddət ərzində paytaxt Stokholm bölgəsində mədəniyyət məsələlərindən məsul şəxs olub.

O, bir hekayələr toplusu kitabının müəllifidir.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson oktyabrın 17-də İsveçin yeni Baş naziri seçib. O, parlamentdə Xristian Demokratlar Partiyası və Liberal Partiya ilə koalisiya hökuməti qurduğunu açıqlayıb.