29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cənnət meyvəsi - NAR

13.10.2018

Nar ağacı (lat. Punica granatum) Narkimilər  fəsiləsinə aid bitki cinsidir.Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasında istifadə edilir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(i, ii, iii, v)+2ab(i, ii, iii, v).
Hündürlüyü 1,5-5 m olan kiçik ağac və ya koldur. Qısalmış zoğları, adətən tikana çevrilir. Yarpaqları qarşı-qarşıya düzülmüş və ya topada yığlmışdır. Uzunsov və ya uzunsov-lansetvari, küt və ya iti, dərivari, bütövkənarlı, parlaq, töküləndir. Çiçəkləri iri olub 4-5 sm diametrindədir, tək və ya 2-3 ədəd olmaqla qısa çiçək saplağı üzərində qoltuqda yerləşir. Kasacığı qırmzı, 5-8, qalın, enli üçbucaq şəklində qanadlıdır. Ləçəkləri al-qırmızı, 3-5 sm uzunluğunda, nazikdir. Meyvəsi iridir, yumrudur, parlaq-qırmızı və ya sarı rənglidir. Çoxtoxumludur, üzəri lətlidir. 
Çiçəkləməsi iyun-iyul, meyvəverməsi oktyabr aylarına təsadüf edir. Quraq yamaclarda, çay vadilərində, aşağı dağ qurşağında rast gəlinir. Boyaq, dekorativ, dərman və qida bitkisidir. Nardan mədə- bağırsaq xəstəlikləri (kolit, enterit) zamanı müalicə edilir.Odur ki, nar qabığından hazırlanmış cövhərdən dizinteriya, enterkolit, pankreatit xəstəliklərinin müalicəsində, bağırsaq fəaliyyəti pozulduqda işlətmək lazımdır. 

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.
Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-20C temperaturda saxlanılır.
Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) tələblərinə cavab verməlidir. 

"Quran"da nar haqqında belə bir ifadə var:
"Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin. Yığılıb toplandığı gün də haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz."