02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncədə Zəfər Forumu keçirilir - FOTO

18.10.2022

Gəncə şəhərində Prezident Administrasiyasının dəstəyi, Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Forumu keçirilir.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.

Forum iştirakçıları əvvəlcə Gəncədəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Gəncə Dövlət Filarmoniyasında Zəfər Forumu işə başlayıb.

Prezident Administrasiyasının sektor müdiri V.Quliyev tədbir zamanı əsgərə məktub yazıb. O, məktubunda Azərbaycan əsgərləri ilə qurur duyduğunu, fəxr etdiyini vurğulayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Türkiyənin Gəncədəki Baş konsulu Z.Öztürk də Azərbaycan əsgərinə məktub yazıblar.