27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamran Əliyev Türkiyəyə gedib

18.10.2022

Türkiyənin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərə gedib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Nümayəndə heyəti tərəfindən İstanbulda ulu öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq ümumilli liderin xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib.

Kamran Əliyev hər iki ölkənin dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib.

Ölkəmizin nümayəndə heyətini salamlayan İstanbul şəhər Baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.​

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək Şaban Yılmazın rəhbərliyi ilə nümayəndə heyətinin 2021-ci ilin noyabr ayında ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.