29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Hamlet Qurbanov

13.10.2018

Hamlet Ağadadaş oğlu Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur.
 H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. 
Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.