27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fedorov: Qərb Rusiya ordusunu məhv edəcək

18.10.2022

Vladimir Putin Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gələrsə, Qərb Rusiya ordusunu məhv edəcək .

"DM" xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Yuri Fedorov deyib.

"Bir çox ekspertlər və siyasətçilər deyirlər ki, əgər onun hazırkı strategiyası tükənərsə, o, tamamilə çılğın şeylərə - taktiki nüvə silahlarından istifadəyə müraciət edə bilər. Ancaq yadda saxlamaq lazımdır ki, Qərb Putinin Ukraynaya qarşı potensial nüvə silahından istifadəsinə reaksiyasını müəyyən edib. Bundan sonra Rusiya ordusunun məhv ediləcəyi açıq şəkildə bəlli olub. Düşünürəm ki, Putin öz hərbi rəhbərlərindən və generallarından bu təhlükənin real olub-olmadığını soruşsa, ona "hə” cavabını verəcəklər”, - ekspert qeyd edib.