27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılacaq

18.10.2022

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Bunu  Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli deyib.

O bildirib ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street”də yerləşən "Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Azərbaycan bayrağı 10 gün ərzində burada dalğalanacaq.

Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli dövlət bayrağımız Nyu-York səmalarını bəzəyib.

Qeyd edək ki, "Bowling Green” Nyu-Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.