29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İqlim dəyişiklikləri - fəlakətlərin sayı dörd dəfə artır

13.10.2018

Qlobal istiləşmə ötən əsrin 70-ci illəri ilə müqayisədə dünyada iqlimə görə baş verən təbii fəlakətlərin sayını dörd dəfə artırıb.
Bu məlumatı mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı yayıb. Hərəkatın eyniadlı komitəsinin verdiyi məlumata görə, beynəlxalq yardım təşkilatı ötən əsrin 70-ci illərində iqlimlə əlaqədar hər il 80-100 təbii fəlakətlə bağlı yardım göstərirdisə, ötən il təşkilatın köməklik etdiyi bədbəxt hadisələrin sayı 400-ə çatıb.

Dünya Ərzaq Təşkilatının təmsilçisi Qernot Laqanda isə Cenevrədə keçirilən bir konfrans çərçivəsində bildirib ki, planetimizdə orta temperaturun 2 dərəcə yüksəlməsi əlavə olaraq 189 milyon insan üçün ərzaq çatışmazlığına səbəb ola bilər. Dörd dərəcə istiləşmə isə bir milyard insanı gündəlik qida problemləri ilə üz-üzə qoya bilər. Kəskin iqlim dəyişiklikləri hazırda hər il orta hesabla 22,5 milyon insanı öz yaşadığı əraziləri tərk etməyə məcbur edir.

İqlim dəyişiklikləri üzrə dövlətlərarası ekspertlər qrupu isə dünyada istiləşmənin təxminən 1,5 dərəcə aşağı salmaq üçün ciddi addımlar atmağa çağırıb. Əgər yaxın gələcəkdə dünya dövlətləri birgə səylər nəticəsində istiləşmənin qarşını almasalar, o zaman bu, mavi planetdə yaşayan canlılar və bitki təbəqəsi üçün dramatik nəticələrə aparıb çıxaracaq.