25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nasir Kənani :Biz silah verməmişik

17.10.2022

İran Rusiyaya pilotsuz təyyarələr verməyib.

"DM" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

"İranın Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı dərc olunmuş xəbərlər siyasi ambisiyalara malikdir və Qərb mənbələri tərəfindən yayılır. Biz müharibə edən tərəflərin heç birinə silah verməmişik", - Kənani bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Rusiyaya pilotsuz təyyarələr və kamikadze dronların verilmədiyini bildirmişdi. Lakin Ukraynada vurulan və İran istehsalı olan dronların görüntüləri hər gün sosial şəbəkələrdə yayılır.