29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Krım körpüsündə partlayışda şübhəli bilinən daha üç nəfər həbs edilib

17.10.2022

Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsündəki partlayışda şübhəli bilinən daha üç nəfəri həbs edib.

"DM" xəbər verir ki, barələrində dekabrın 8-dək həbs-qətiimkan tədbiri seçilən Aleksandr Bılin, Oleq Antipov və Dmitri Tyajelaxdır.

İstintaq Komitəsi partlayışda 12 nəfərin iştirak etdiyini hesab edir. Onlardan 8-i artıq həbs edilib. Onlardan beşi Rusiya, üçü Ermənistan və Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayışın təşkilatçıları kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini, şəxsən onun rəhbəri Kirill Budanovu, əməkdaşlarını və agenturasını göstərib.