29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Üç ay əvvəl nişanlanan tələbə intihar edib

17.10.2022

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.